Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

İnstitutumuzun əməkdaşları Türkiyədə “II Türk Kültürü və Tarixi Simpoziumu”nda iştirak ediblər

30-11-2018 [ 11:44 ] [ oxunub:145 ]
printerA+ | A-
95842

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, dosent Cavidə Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova noyabr ayında İstanbulda Yedditəpə Universitetinin Fən Ədəbiyyat fakültəsi tərəfindən keçirilən “II Türk Kültürü və Tarixi Simpoziumu”nda iştirak ediblər.

Cavidə Məmmədova simpoziumda “Uzaq Şərq ədəbiyyatında türk mifologiyasının motiv və simvolları” adlı məruzə ilə iştirak edib. Məruzədə Uzaq Şərq məişətində bu gün də yaşamaqda olan qədim türk kültürünün izlərindən də bəhs olunub. Türk mifoloji motiv və simvollarının Uzaq Şərq ədəbiyyatına təsirləri müqayisəli təhlillərlə izah edilib.

Xanım Zairovanın “Alman düşüncəsində türk obrazı” adlı məqaləsində Alman şair və yazarlarının, alim və filosoflarının türk milləti ilə bağlı müxtəlif görüşləri haqqında məlumat verilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR