Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Mahmizər Mehdibəyova. Zeynalabdin Marağalının həyatı, mühiti və yaradıcılığı.

15-11-2022 [ 11:32 ] [ oxunub:23 ]
printerA+ | A-
102854

Mahmizər Mehdibəyova. Zeynalabdin Marağalının həyatı, mühiti və yaradıcılığı. Elmi red.: Akademik Teymur Kərimli; Rəyçilər: Almaz Məmmədova,   İslam Qəribli. – Bakı: Elm, 2022. – 248 səh.

Böyük vətənpərvər yazıçı, ictimai xadim Zeynalabdin Marağalının həyatından, yetişdiyi mühit və yaradıcılığından bəhs edən monoqrafiyada Mirzə Fətəli Axundzadə ənənələrinin davamçısı olan ədibin Azərbaycan ədəbiyyatında yeri və mövqeyi, səyahət roman janrının yaradıcısı kimi milli bədii təcrübəyə gətirdiyi yeniliklər təhlil müstəvisinə çıxarılır.

“İbrahim bəyin səyahətnaməsi” romanının mövzu və ideyalar aləmi, süjet və obrazlar qaleriyası, əsərin nəşr tarixləri və variantları da daxil edilmişdir.

SİZƏ MARAQLI OLA BİLƏR