Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Müstəqilliyimizin yeni uğuru: “Ağıllı kənd” layihəsi haqqqında - Mərziyyə Nəcəfova

27-05-2022 [ 16:44 ] [ oxunub:62 ]
printerA+ | A-
102458

  

Bu günlərdə, 27 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilanın Ağalı  kəndində  “Ağıllı kənd” layiəsində iştirakı möhtəşəm bir layihənin varlığını bəyan etdi.  Bu məqamda babalarımızdan bizə miras qalan, hikmətini itirməyən bir ifadə yaddaşıma işıq tutdu. “Torpağı əkib becərmədinsə qorumağa, qorumadınsa əkib becərməyə dəyməz!”

Artıq iki ildir ki, Ali Baş Komandanın, müzəffər Azərbaycan Ordusunun və igid xalqımızın qüdrəti sayəsində işğalda olan torpaqlarımız azaddır. Bu azadlıq sözün əsl mənasında Azərbaycan xalqını dünyaya bir daha keşməkeşli tarixi olan qüdrətli bir xalq  kimi tanıtdı. Bu gün isə azad olunmuş torpaqlarımızda quruculuq işləri aparmaq, o torpaqlarda həyatı dirçəltmək üzərimizə düşən  ən mühüm və müqəddəs vəzifədir.

 Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kənd meydanında 30-illik işğaldan azad olmuş əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksini işə salmaları böyük sevinclə qarşlnadı, yaddaşımızın tarixinə qürurla həkk olundu.

Ağalı kəndində “Ağıllı kənd” layihəsində  payı olacaq Dövlət Xidmətləri Mərkəzi, “Azərpoçt” MMS-sının rayon şöbəsi, “Asan xidmət” mərkəzi,  Dost mərkəzi, Kiçik və Orta  Biznesin inkişafı Mərkəzinin fəaliyyətə hazırlaşması  quruculuq işlərinin uğurlu gələcəyində xəbər verir.

Dövlət başçısı və Birinci xanım Mehriban Əliyeva Ağalı kənd meydanında  “Kapital Bank”ın Zəngilan  filalı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq,  bitki mühafizə idarələri  və digər ictimai iaşə obyektləri ilə tanışlığı,   burada müasir şəhərsalma standartlaının tətbiq olunması, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması bioqaz enerjisindən istifadə kimi amillər bu layihənin möhtəşəmliyindən xəbər verir. 

Ağalı kəndində baş tutan “Ağıllı kənd” layihəsinin ən qiymətli tərəfindən hesab edilən “Güllmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi xalqa olan diqqət və qayğının göstəricisidir. Biz Qarabağ torpaqlarımızın 44 günlük Vətən savaşından sonra azadlığını Prezidentimizlə xalqımızın birliyinin nəticəsi olaraq gördük. Və indi də bu birlik Dövlət Başçısının  xalqına verdiyi dəyərlə, qayğıyla, sevgiylə davam etməkdədir.

 Zəngilanın Ağalı  kəndində baş tutmuş belə bir müasir dirçəliş layihəsi Müstəqilliyimizin möhkəmlənməsi yolunda yeni böyük bir addım kimi dövlət başçısı tərəfindən yüksək dəyərləndirildi: “Əziz dostlar, ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik günü münasibəti ilə təbrik edirəm, Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması Müstəqilliyimizin yenidən qurulmasından asılı idi. Bu gün hər bir Azərbaycan  vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın Dövlət Müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.”

Ali Baş Komandanın çıxışı zaman keçmişimizə ekskur etməsi, tarixi yaşantılarımızdakı bəzi məqamlara açıqlıq gətirməsi, yaşadığımız hadisələri xatırladaraq, xalqımızın yaşadığı çətinlikləri göz önündə tutması, bu günkü qüdrətimizi və bərabərliyimizi, imzalanan yeniliklərin ilk olmasını çıxışında bəyan etməsi qürur və fəxarət hissi ilə qarşılandı. Qazanılan möhtəşəm uğurlarımızdan bəhs edən dövlət başçısı sonda Azərbaycan xalqına arxalandığını, dövlət və xalq birliyini çıxışında belə ifadə  etdi: “Mən Prezident kimi hər dəfə bu cəhdləri dəf edəndə xalqa arxalanıram, dövlətimizin gücünə arxalanıram, o cümlədən hərbi, iqtsadi və siyasi gücünə. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi.”

Tədbirin sonunda gənclərin də çıxışlarında azadlığımızın, birliyimizin necə böyük xoşbəxtlik olduğunu görmək bir Azərbaycanlı kimi hər kəsi köksünü qabartdı.  Xalqın və Ali Baş Komandanın qazandığı uğurlar və bu müəqddəv və möhtəşəm birlikdən yaranan sevgi  yenilməzdir:

 

           Dəmir yumruq, ömrüm boyu

           Sənə nəğmə deyəcəyəm!

          O qüdrətli barmaqlara

          Qızıl əlcək hörəcəyəm.

          “Dəmir yumruq”-bu gözəl söz

           El-obanın dilindədir.

           Dəmir yumruq dəmir kimi

           Bir kişinin əlindədir.

                                   (Zahid Xəlil, “Dəmir yumruq”)