Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Professor Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

20-05-2022 [ 23:13 ] [ oxunub:122 ]
printerA+ | A-
102419

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü seçilib.

Salidə Şərifova bu ada elm sahəsindəki xidmətlərinə, elmin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb. Qeyd edək ki, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvləri sırasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru Əhliman Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əzizağa Şahverdiev və digər tanınmış Azərbayca ziyalıları da var

SİZƏ MARAQLI OLA BİLƏR