Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən təqdim olunan bu monoqrafiya dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığını tam əhatə edən ilk ümumiləşdirilmiş fundamental elmi-tədqiqat əsəridir.
Monoqrafiyada misilsiz əsərləri ilə dünya mədəniyyətinin zirvəsinə ucalmış Nizami Gəncəvinin yaşadığı XII əsr də Azərbaycanın Şərq regionunda tutduğu mühüm siyasi-strateji mövqe , dahi şairin ədəbi-ictimai mühiti, böyük sənətkarın tərcümeyi-halı, mili mənsubiyyəti və yaradıcılığının qaynaqları, mövzu və ideyaları, sənətinin müxtəlif istiqamətləri elmi şəkildə tqədim olunur. Monoqrafiya Müstəqillik dövrü Azərbaycan Nizamişünaslığının elmi yanaşmaları və axtarışlarını əks etdirir.