Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

29-04-2022 [ 09:49 ] [ oxunub:101 ]
printerA+ | A-
102323

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Mədəni irsin qorunmasına dair "Dahilər və Ahilər" mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib. Konfransda Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Səlçuk Universitetinin "Fars dili və ədəbiyyatı" kafedrasının müdiri professor Əli Təmizəl, Humboldt Universitetinin məzunu, tədqiqatçı Abdülqədir İnaltəkin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, professor Nüşabə Araslı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Zəhra Allahverdiyeva, Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin "Fars dili və ədəbiyyatı" kafedrasının müdiri professor Nimət Yıldırım, Mohaghegh Ərdəbil Universitetinin dosenti Mehrdad Ağayi  "məruzələrlə iştirak edib.