Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

07.05.2026 | 14:30

Xalq şairi Rəsul Rzanın ev muzeyində “Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib.  Səməd Vurğunun 120, Rəsul Rzanın 116-cı ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, akademik Nizami Cəfərov, Ədəbiyyat İnstitutunun əməkdaşları, vurğunşünaslar, ziyalılar və hər iki şairin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fidan Rzayeva çıxışında Səməd Vurğun və Rəsul Rzanın yaradıcılığını xatırlamaq, onların zəngin söz dünyasına bir daha nəzər salmaq və bu irsi gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb. 

Akademik İsa Həbibbəyli, Xalq yazıçısı Anar, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy, AYB-nin katibi Səlim Babullaoğlu, “Qobustan” jurnalının redaktoru Pərvin Nurəliyeva çıxışlarında hər iki şairin Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan, onların yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı əhəmiyyətindən bəhs etmişlər. 

Sonda 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvləri Səməd Vurğun və Rəsul Rzaya aid şeirlər səsləndirilmiş, Xalq artisti Tünzalə Ağayeva pianoçu, Prezident mükafatçısı Vurğun Vəkilovun müşayiəti ilə “Xavərim” və “Alagözlüm” mahnılarını ifa etmişdir.