Ədəbiyyat İnstitutunda “Məti Osmanoğlunun Bodenştedt oğrudurmu, doğrudurmu” kitabının müzakirəsi keçirilib
10.15.2025 | 14:00Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev açaraq kitabla bağlı təəssüratlarını bölüşüb. O, həmçinin son dövrlərdə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən kompleks islahatlardan, elmi tədqiqatlarda yeni yanaşmaların irəli sürülməsindən, müstəqillik və azərbaycançılıq mövqeyinin möhkəmlənməsindən, eləcə də humanitar-sosial elmlər sahəsində əldə olunan mühüm nəticələrdən bəhs edib. Hikmət Quliyev əsərdə Fridrix Martin fon Bodenştedtin Tiflisdən İrəvana səfərinin həm folklorşünaslıq, həm tarixşünaslıq, həm də diplomatiya baxımından əhatəli təsvir olunduğunu bildirib. Qeyd edib ki, müəllif ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığı kontekstində kollektiv və kommunikativ yaddaş anlayışlarını tətbiq edərək səfərin mədəni kodlarını şərh edib. Direktor vurğulayıb ki, Məti Osmanoğlu kitabda XIX əsrdə bölgədə Azərbaycan dilinin kommunikativ və sosial-mədəni dominantlığını faktlarla əsaslandırıb. Müəllif Bodenştedtin İrəvanda iştirak etdiyi ziyafətdə nağılçı-aşığın Azərbaycan dilində danışmasını, “Allahverdi”, “yaxşı yol” kimi ifadələrin gürcü və erməni mühitində də işlənməsini bu dilin mədəni nüfuzunun göstəricisi kimi dəyərləndirib. O, sözügedən ifadələrin bu gün də Gürcüstandakı məclislərdə