Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Görkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş tədbir keçirildi

30.04.2026 | 16:00

 

AYB-nin Natəvan klubunda görkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, yazıçı və şairlər, ədəbiyyatşünas  alimlər  iştirak etmişlər. 

Yubiley tədbirində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, şöbə müdirləri Asif Rüstəmli, Bədirxan Əhmədov, şairin tədqiqatçısı filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva çıxış etmiş, görkəmli ədibin çoxşaxəli fəaliyyəti, yaradıcılığının müxtəlif istiqamətləri, Azərbaycan ədəbiyyatındakı, pedaqogika tarixindəki mövqeyi haqqında çıxış etmişlər. 

Sonda şairin nəvəsi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.