Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutu 2025-ci ildəki elmi fəaliyyətinə dair hesabat verib

10.12.2025 | 14:00

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Əvvəlcə il ərzində nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib. İclasda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Elmi şuranın üzvləri və aidiyyəti şəxslər iştirak ediblər. İclası akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Əvvəlcə institutun əməkdaşları - filologiya elmləri doktoru Rəhim Əliyev 75, filologiya elmləri doktoru, dosent Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Fikrət Əhmədov 70 illik yubileyləri münasibəti ilə müəssisənin Fəxri fərmanı ilə təltif ediliblər.