Professor Asif Rüstəmli Livanelinin “Çırpınırdın Qara dəniz” əsərinin erməni müəllifliyi iddilarına cavab verdi
22.11.2025 | 13:32
Türkiyənin məşhur yazıçısı, bəstəkarı Ömər Zülfü Livaneli özünün “YouTube” kanalında yayımladığı podkastında istiqlal şairi Əhməd Cavadın “Çırpınırdın Qara dəniz” şeirinin müəllifliyinin erməniəsilli aşıq Sayat Novaya aid olduğunu iddia edib. Bu açıqlama istər Azərbaycan, istər Türkiyə mediasında xoş qarşılanmayıb.