Cəfər Cabbarlı və ölkəmizdə türkoloji hərəkat Ədib Bakı məclisinin hazırlanmasında və gedişində fəal iştirak etmişdi
13.03.2026 | 15:00
Keçmiş Sovetlər Birliyinin antitürk ideologiyasına rəğmən fədakar türkoloqların, milli ziyalıların təşəbbüsü ilə keçirilən Türkoloji Qurultay Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra daha geniş elmi araşdırmalar predmetinə çevrildi və bu beynəlxalq ali məclisin ümumtürk mənafeyinə xidmət edən birləşdirici ictimai mahiyyəti, təcrübəvi tarixi əhəmiyyəti elm və dövlət xadimləri tərəfindən yüksək dəyərləndirildi.
Unutmaq olmaz ki, türkoloqların ilk qurultayına qədər mütəfəkkir ədiblərimizdən Mirzə Fətəli Axundzadənin, İsmayıl bəy Qaspıralının, Əli bəy Hüseynzadənin elmi-fəlsəfi əsərlərindən qaynaqlanan islahatlar ideyası böyük maneələr dəf edərək türk xalqlarının maariflənməsi, keçmişinə, milli mədəniyyətinə sahib çıxması əlifba islahatı uğrunda aparılan mübarizə yanğısına çevrilərək üç ictimai-siyasi mühitin qaranlıq hüdudlarını yarıb keçməli olmuşdur.
Asif RÜSTƏMLİ,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
Ətrafli: https://xalqqazeti.az/az/medeniyyet/257620-cefer-cabbarli-ve-olkemizde-turkoloji-herekat