Səməd Vurğunun -120
13.03.2026 | 14:00“ADA-nın ədəbiyyat söhbətləri”nin növbəti görüşündə XX əsr ədəbiyyatımızın ən önəmli imzalarından biri olan Səməd Vurğundan danışdıq.
Bu dəfəki qonağımız filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı oldu. Birlikdə Səməd Vurğun yaradıcılığına yenidən nəzər saldıq, böyük şairin ədəbi irsinin zaman içində necə yaşadığını müzakirə etdik.
Qeyd etmək yerinə düşər ki, cənab Prezident İlham Əliyev tərəfindən Səməd Vurğunun 120 illik yubileyinin dövlət səviyyəsində, geniş miqyasda qeyd edilməsi ilə bağlı xüsusi sərəncam imzalanmışdır. Bu sərəncam böyük sənətkarın irsinə verilən yüksək dəyərin bariz nümunəsidir.