Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib

17.12.2025 | 17:15

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd 52 ölkədən 130 alimin səslərini qazanaraq əsas ofisi Çinin Honkonq şəhərində yerləşən Asiya Elmlər Akademiyasına üzv seçilib. Vüqar Əhmədlə yanaşı, Asiya Elmlər Akademiyasına şöhrətli Azərbaycan alimləri də rəhbər və üzv seçiliblər: professor Elçin Xəlilov prezident, akademik Ziyad Səmədzadə və professor Ədalət Muradov vitse-prezident, professorlar Mahirə Hüseynova (akademik), Məhbubə Vəliyeva (akademik), Vahid Novruzov (akademik).