Vüqar Əhməd. Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti
İstinad üçün: Əhməd, V. (2026). Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti
(G. Babayeva, Elm. red.; və ön sözün müəl.; Cahangir Məmmədli, Elçin Mehrəliyev, Aygün Bağırlı., Rəyçilər). Elm və təhsil.
Annotasiya: Monoqrafiyada XX əsr Azərbaycan ədəbiyyatının, elmi-ictimai fikrinin və milli mətbuat tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin publisistik irsi və mətbuat fəaliyyəti ilk dəfə sistemli şəkildə araşdırılır. Ədibin publisistikasının mövzu, ideya, janr və üslub xüsusiyyətləri dövri mətbuat materialları əsasında təhlil olunur, onun Azərbaycan publisistikasının inkişafı və milli mətbuat tarixindəki yeri elmi baxımdan yüksək qiymətləndirilir.
Əsas məzmun: Tədqiqatda Mir Cəlalın 1920-ci illərin ikinci yarısından etibarən ölkənin aparıcı qəzet və jurnalları ilə əməkdaşlığı, mətbuatın cəmiyyətin mənəvi inkişafındakı roluna dair baxışları işıqlandırılır.
Monoqrafiya filoloqlar, ədəbiyyatşünaslar, jurnalistlər, tədqiqatçılar, ali məktəb müəllimləri, doktorant və magistrantlar, həmçinin Mir Cəlal irsi və Azərbaycan mətbuat tarixi ilə maraqlanan oxucular, araşdırmaçılar üçün nəzərdə tutulmuşdur.