Asif Rüstəmli. Milli nəğmələr
İstinad üçün: Rüstəmli, A (2026) “Milli nəğmələr”. Elmi red.; S. Rüstəmova-Tohidi, transfoneliterasiya red.; Səhra Rzalı; lahiyə rəhbəri; Zaur Hüseynov. Kitabı nəşrə hazırlayan, ərəb qrafikasından çevirən, lüğət, qeydlər və “Cümhuriyyət ərməğanı” adlı ətraflı ön sözün müəllifi filologiya elmləri doktoru Asif Rüstəmlidir.
Annotasiya: Toplu ilk dəfə 1919-cu ildə Mirzəzadə tərəfindən tərtib edilərək nəşr edilib. 208 səhifədən ibarət almanaxda Azərbaycan və Türk ədəbiyyatının seçilmiş şeir nümunələri toplanıb. “Zərdabi-Nəşr” nəşriyyatında çap olunan kitabda anonim verilmiş 22 şeirin müəllifi müəyyən edilib, eyni zamanda kitabın ərəb qrafikasındakı əsli də yeni nəşrə əlavə olunub.
Əsas məzmun: Hazırkı dövlət himnimizin ilk çap mətni olan Cəmo bəyin “Vətən marşı” da almanaxın ön sözündə incələnmiş, müəlliflə bağlı mübhəm məsələlərə aydınlıq gətirilmişdir.