Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Telefon: 012 510 18 02

Email: zakiraalieva7@gmail.com

Şöbə rəhbəri: Zakirə İmamaverdi qızı Əliyeva (filol.f.d., dosent)

Haqqında

Struktur bölmənin təşkili və fəaliyyət istiqamətləri haqqında tarixi-xronoloji icmal: AMEA-nın “Elektron Akademiya” şöbəsinin “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsi adlandırılması haqqında AMEA RH-nin 16/5 saylı 10 sentyabr 2025-ci il tarixli qərarının 3-cü bəndinə əsasən əvvəlki “Elektron xidmətlər” şöbəsi müvafiq elm sahəsi nəzərə alınmaqla “Rəqəmsal ədəbiyyatşünaslıq, Süni intellekt və Elektron xidmətlər” adlandırılır. Qərarın 4-cü bəndinə əsasən şöbəyə əsas şöbə statusu verilmişdir. Şöbə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna aid AMEA Rəyasət heyətinin 30 oktyabr 2001-ci il tarixli qərarı ilə, 2000-ci ildə yaradılmış nəzdində fəaliyyət göstərən “İnternet-intellekt” nəzəri-eksperimental laboratoriyanın bazasında yaradılmışdır. 2009-cu ildən şöbə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun www.literature.az saytının yaradılmasında vəhazırda idarə olunmasında iştirak edir. Şöbənin 2001-2010-cu illərə dair strateji proqramında nəzərdə tutulduğu kmi Azərbaycan ədəbiyyatı tarixi və ədəbi şəxsiyyətləri haqqında biliklərin populyarlaşması, ədəbiyyatşünaslığa dair icmalları və araşdır¬maları, dünya elminin son nailiyyətləri və s. əks etdirən məlumatların dərci, yayımlanması, biblioqrafik resursların nəşri, elmi tədqiqatların informasiayalaşdırılması prosesləri davam etdirilmişdir. Şöbə müntəzəm olaraq Ədəbiyyat İnstitutunun elmi fəaliyyətinin bütün sahələrinin, ədəbiyyatşünas alimlərin yaradıcılığının məhsullarının operativ in¬formasiya təminatını, təbliğini və yayımlanmasını təmin edən tədbirlər kompleksi həyata keirir. Azərbaycan və eləcə də dünyada ədəbi-mədəni həyatda baş verən əlamətdar hadisələrə və tarixi günlərə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yubileyləri qeyd edilən yazıçı və şairlərə, ədəbiyyatşünas alimlərə və s. mövzulara həsr edilmiş rəqəmsal elmi resurslar istehsal edilir. Ədəbiyyat İnstitutunda aparılan bütün elmi tədbirlər, müdafiələr, seminarlar, müzakirələr, konfrans və simpoziumlar, görüşlər, müsabiqələr və s. İnstitutun saytında www.literature.az – geniş işıqlandırılır. Facebook, Twitter, Instagram, YouTube və s. sosial şəbəkələrdə, Azərbaycan ədəbiyyatı və Azərbaycan ədəbiyyatşünslığının elmi tədqqiat resurslarının populyarlaşması reallaşdırır. Elmi tədqiqat istiqamətləri: “Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər şöbəsi” şöbəsi ədəbiyyatşünaslıq elminin rəqəmsal transformasiyası, elmi rəqəmsal resursların istehsalı və təbliği, informasiyalaşdırma, texnoloji proseslər, İnternet, nüfuzlu elmi bazalar, sosial şəbəkələr, rəqəmsal etika, informasiya təhlükəsizliyi və s. mövzularda beynəlxalq standartlara və təcrübəyə əsaslanan istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan ədəbiyyatşünaslığının rəqəmsal mühitdə informasiyalaşdırılması, süni intellekt tətbiqləri ilə elmi təqdqiqatların aparılmasının himayə edilməsi, rəqəmsallaşma, populyarlaşma proseslərinin təşkilii və idarə edilməsi, ədəbiyyatşünaslığa dair emi-sahəvi biblioqrafik, elmmetrik və vebometrk araşdrmaların aparılması proseslərini həyat keçirir. Əsas elmi nəticələr: “Ədəbiyyatşünaslığımızın “Qarabağnaməsi”, “Nizami Gəncəvi -880”, “İmadəddin Nəsimi”, “Ədəbiyyatşünas alimlərimiz”, “Ədəbiyyat İnstitutunda müdafiə olunmuş dissertasiyalar”, “Axtarışlar. Tədqiqlər” v s. tammətnli məlumat bazaları, ayrı-ayrı ədəbiyyatşüns alimlərə, yazıçı və şairlərə, elm xadimlərinə həsr olunmuş rəqəmsal, audiovizual resurslar istehsal edir. Şöbənin bu gün də davam edən nəşriyyat fəaliyyətinin əsas hissəsini elmi əhəmiyyətli biblioqrafik göstəricilər təşkil edir ki, onların sırasında “Kamal Talıbzadə”, “Yaşar Qarayev”, “Azadə Rüstəmova”, “Azərbaycan” (1923-2003), “Həmid Araslı”, “Islam Ağayev”, “Ədəbiyyat qəzeti” (Birinci cild 1934-1964), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşrləri (2012- 2025), “Mirzə Fətəli Axundzadə-200”, “Akademik İsa Həbibbəyli”, “Müstəqllik dövründə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə edilmiş dissertasiyalar: biblioqrafiya” və s. nəşrlər vardır. Şöbə iştirakçisi olduğu əsas layihələr üzrə “Azərbaycan ədəbiyyatının qızıl fondu: elektron antologiya” - www.azeribo¬oks.aznet.org - Azeribooks SD nəşr edilmişdir. Təxminən 50-60 cildlik materialı əhatə edən «Antologiya»da - şifahi xalq ədəbiyyatı nümunələri – 55 nağıl, 20 dastan, 2 mindən artıq atalar sözü, bayatılar, aşıq yaradıcılığı, tapmacalar və s. toplanmışdır. “Azərbaycan dilinin tərcümə xəzinəsi” (YUNESKO) layihəsi - www.tercume.az. - Azərbaycan dilindən xarici dillərə və Azərbaycan dilinə tərcümə edilmiş əsərlərin elektron biblioqrafik məlumat bazasıdır. “Qutenberq-Azərbacan” elektron kitabxanası - www.gutenberg.aznet.org (YUNESKO), Akademik B.Nəbiyevin rəhbərliyi ilə şöbənin əməkdaşları milli ədəbi irsin mühafizəsi və İnternet va¬sitəsilə təbliği, bədii əsərlərin elektron daşıyıcılarına köçürülməsi sahəsində ilk layihədir. Şöbə “Nadir nəşrlərin mühafizəsi və konservasiyası” (YUNESKO), Azərbaycan Respublikasının 2003-2008-ci illərdə inkişafına dair Dövlət proqramı üzrə “Ədəbi yaddaşımız “Ədəbiyyat qəzeti” və s. layihələrin də iştirakçısı və müəllifidir. Şöbənin elmi-təşkilati fəaliyyəti: Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığını Azərbaycan dövlətçilik ənənlərinə, milli mənəvi dəyərlərə, tarixi mənbələrə və s. görə populyarlaşması proseslərində iştirak edir və rəqəmsal və ənənəvi daşıyıcılarda, formatlarda materaillar hazırlayır, təqdim və təbliğ edir. Elmi ictimaiyyətə müasir elektron xidmətlər təqdim edir. Ədəbiyyat İnstitunun www.litera-ture.az saytını idarə edir. İnstitunun struktur bölmələri ilə müntəzəm və dinamik əlaqədə əməkdaşlıq edir, qarşılıqlı informativ mübadilə aparır, elmi nəticəlrin biblioqrafik və bibliometrik qeydiyyatını təşkil edir. Kadr tərkibi: