Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildi işıq üzü görüb.

18.02.2026 21:50

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» seriyasının VIII cildi – Mə­həm­məd Əmin Rə­sul­za­dənin «Azər­bay­can şai­ri Ni­za­mi» monoqrafiyası «Elm və təhsil» nəşriyyatında çapdan çıxmışdır.
Əsər «Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 140 il­li­yi­nin qeyd edil­mə­si haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 30 de­kabr 2023-cü il ta­rix­li Sə­rən­ca­mına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq nəşrə hazırlanmışdır.
İlk nəşrindən təqribən 75 il sonra daha mükəmməl şəkildə yenidən işıq üzü görən bu monoqrafiya mü­ha­ci­rət ədə­biy­­yat­­şü­nas­lı­ğın­da or­ta əsr­lər ədə­­biy­­ya­tı­mız haq­­­qın­­da ən san­bal­lı araş­dır­ma ol­maq­la ya­na­­şı, dün­ya ni­za­mi­­şü­­nas­­lı­­ğı­­nın da mü­­hüm nai­liy­yət­lə­rin­­dən­dir. Mü­­­əl­­­li­­­fi­­­n həm Şərq, həm də Avropa ta­­­ri­­­xi­­­nə, mə­­­də­­niy­­yə­­ti­­nə, ədə­­­biy­­­ya­­­tı­­na, ic­­ti­­mai-si­­ya­­si, fəl­­sə­­fi-es­­te­­tik fik­­ri­­nə da­­ir en­­­sik­­­lo­­pe­­­dik bi­­­lik sa­­­hi­­bi ol­­ma­­sı, zən­­gin mən­­bə­­lər əsa­­­sın­­­da da­­hi söz us­­ta­­sı­­nın po­­e­­tik ir­­s­­­­i­­­ni müx­­tə­­lif yön­­lər­­dən yük­­sək elmi-nəzəri səviyyədə araş­­dı­­ra­­raq, Ni­­­za­­­­mi şe­i­­ri­­nin də­­­rin qat­­la­­rı­­na nü­­fuz edə bil­­mə­­si əsə­rin uğu­­­­ru­­­nu şərt­­­lən­­dir­­miş amil­­­lər­­­dən­­­dir.
Cildi nəş­rə ha­zır­la­yan­lar fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru Nik­pur Cab­bar­lı, elmi işçilər Ay­sel Əfən­di­ye­va, La­lə Pa­şa­ye­va, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru Hülya Cəbiyevadır.
Mətn nəş­rə ha­zır­la­nar­kən mü­əl­li­fin di­li və üs­lu­bu sax­­la­nıl­mış, ilk mənbədəki mət­bəə xətaları düzəldilmiş, bəlli olmayan səbəblərdən tərcümə edilməmiş farsca bəzi mətnlərin Azərbay­can dilinə sətri tərcüməsi verilmişdir.