☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Oktyabrın 15-i Avrasiya Türk Dərnəkləri Federasiyasında “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi və Suriya Türkman Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə “Fərqli coğrafiyalar, ortaq köklər: Türkman dünyasının könül bağı” adlı tədbir keçirilib

16.10.2026 | 16:00

Tədbiri giriş sözü ilə açan Avrasiya Türk Dərnəkləri Federasiyasının rəhbəri İsmayıl Çingiz qonaqları salamlayıb və türklərin ortaq mədəni dəyərlərindən söz açıb. Daha sonra çıxış edən Suriya Türkman Dərnəkləri Federasiyasının sədr müavini Mahmud Əli Suriyada türk dili ilə bağlı mövcud olan problemlərdən və onların aradan qaldırılması istiqamətində türkmanların apardığı mübarizədən danışıb. 

“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Azərbaycanda türkman irsinin araşdırılması istiqamətində görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, qısa müddətdə Azərbaycanda Yaxın Şərq türkmanları ilə bağlı bir sıra önəmli tədbirlər həyata keçirilib. Ötən il və bu il Bakıda Türkman irsinə aid forumlar baş tutub. Forumlarda ümumilikdə yüzdən çox İraq, Suriya və Livandan gələn türkmanlar iştirak ediblər. Orxan İsayev “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin qısa müddət ərzində gördüyü işləri və gələcək planları iştirakçıların diqqətinə çatdırıb. O, Türkiyədə fəaliyyət göstərən türkman dərnəklərini əməkdaşlığa dəvət edib və ortaq layihələrin keçirilməsinin önəmindən danışıb.

Daha sonra professor Sübhi Saatçı, şair Əli Yağmuroğlu, ehtiyatda olan zabit Suat Gün, Qırğız Türkləri Federasiyasının rəhbəri Əbdülvahid Yücel, Fələstin türkmanlarının nümayəndəsi Mustafa Türkman, jurnalist Nur Əhməd Yurddaş və digərləri çıxış ediblər.