Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ad: Həbibbəyli İsa Əkbər oğlu

Vəzifə: Direktor

Haqqında

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2022), filologiya elmləri doktoru (1996), professor (1997), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü (2003). AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil almışdır (1973–1977). "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda namizədlik (57.15.01 — Ədəbiyyat nəzəriyyəsi) (1980), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (5716.01 — Azərbaycan ədəbiyyatı tarixi;) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru, professordur (1997). 2001-ci ildə AMEA-nın müxbir üzvü (ixtisasın adı: Azərbaycan ədəbiyyatı), 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü (ixtisasın adı: Ədəbiyyatşünaslıq) seçilmişdir. 89 kitabın, 1500-dən çox məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. 39 fəlsəfə doktoru, 16 elmlər doktorunun elmi rəhbəri olmuşdur. Kitablarıː 14 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 3 dərs vəsaitinin, 28 broşürnın, 21 tərtib kitabının müəllifidir. Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur. Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa, İtaliya, Türkiyə, Almaniya, Polşa, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Litva, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Monqolustan, Qırğızıstan, Misir və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmişdir.