Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

«Şoloxov oxuları» elmi-praktiki konfransında

12-09-2017 [ 12:32 ] [ oxunub:70 ]
printerA+ | A-
58169

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Dr. Samir Səttarov «Şoloxov oxuları» elmi-praktiki konfransında iştirak etmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri dr. Samir Səttarov 6-8 sentyabr 2017-ci il tarixlərində Rusiya Federasiyası, Rostov vilayəti, stanitsa Vyoşenskayada Mixail Şoloxovun ev muzeyində keçirilən “Şoloxov oxuları” beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Konfransın ilk günü tədbirdə çıxış edən dr. Samir Səttarov konfrans iştirakçılarını AMEA-nın Vitse-prezidenti və Nizami Gəncəvi adında Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin adından salamlayıb, konfransın işində uğurlar arzulamışdır. Konfransda akademik İsa Həbibbəylinin “Mixail Şoloxovun ədəbi irsi Azərbaycan ədəbiyyatşünaslığında” adlı məruzəsinin mətni təqdim olunub. Dr. Samir Səttarov “Mixail Şoloxovun yaradıcılığı polyak ədəbiyyatşünaslığında” adlı məruzəsi ilə çıxış etdi.

Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, REA Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, Novidsad Universiteti (Serbiya) və s. müəssisələrdən nümayəndələr iştirak etmişdir.

Konfransdan sonra iştirakçilar Mixail Şoloxovun ev muzeyini ziyarət edib onun həyatı yolu ilə yaxından taniş oldular.

Qeyd edək ki, Mixail Şoloxovun ev muzeyi ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında əlaqələr 2014-cü ildə akademik İsa Həbibbəyli tərəfindən qurulmuşdur. 2014 ildən sonra hər iki tərəf Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq tədbirlərdə iştirak edir və müəssisələr arasinda əlaqələr getdikcə genişlənir.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR